Qəzzada ölənlərin sayı 25 minə çatır

Qəzzada ölənlərin sayı 25 minə çatır
  20 Yanvar 2024    Oxunub:901
Qəzza zolağında İsrailin hərbi zərbələri nəticəsində ölənlərin sayı 25 minə yaxınlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ötən il oktyabrın 7-dən İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 24 927 nəfərə yüksəlib, 62 388 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 165 nəfər ölüb, ən azı 280 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti