Ermənistanda yol qəzasında 14 nəfər yaralanıb

Ermənistanda yol qəzasında 14 nəfər yaralanıb
  20 Yanvar 2024    Oxunub:1131
Ermənistanın Araqatsotn rayonunda ağır yol qəzası olub
AzVision.az xəbər verir ki, hadisə İrəvan-Gümrü yolunda baş verib.

Məlumata görə, "Opel Astra" və "Mercedes Vito"nun toqquşması nəticəsində zərbənin təsirindən mikroavtobus divara çırpılıb.

Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 14 nəfər xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: Ermənistan   qəza  





Xəbər lenti