Türkiyədə ağır yol qəzasında 10 polis xəsarət alıb

   Türkiyədə ağır yol qəzasında 10 polis xəsarət alıb
  20 Yanvar 2024    Oxunub:1253
Türkiyənin Ədirnə şəhərində polisləri daşıyan avtobusla digər nəqliyyat vasitəsinin toqquşması nəticəsində 10-u polis olmaqla 11 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarını daşıyan xidməti avtomobillə turist avtobusu toqquşub.

Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Xəsarət alan 10 polis əməkdaşı və xidməti avtomobil sürücüsü ilkin tibbi yardımdan sonra xəstəxanalara aparılıb.

Qəza səbəbindən Kapıkule-Ədirnə yolunda nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

Avtobusun sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Türkiyə   qəza  





Xəbər lenti