Donetskdə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 25-ə çatıb

   Donetskdə bazarın atəşə tutulması nəticəsində    ölənlərin sayı 25-ə çatıb
  21 Yanvar 2024    Oxunub:1000
Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutması zamanı həlak olan vətəndaşların sayı 25-ə çatıb. Ən azı 20 nəfər yaralanıb.
Bu barədə “Donetsk Xalq Respublikası”nın “rəhbər”i Denis Puşilin Telegram kanalında yazıb.

"Hazırda 25 nəfərin ölümü ilə bağlı məlumat təsdiqlənib. Ən azı 20 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti orta ağırdır. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar, bir çoxunun həyati orqan nahiyəsində nüfuz edən yaraları, əzalarının travmatik amputasiyası var”, - Puşilin bildirib.

Bundan əvvəl şəhərin meri Aleksey Kulemzin öz Telegram kanalında 18 ölü və 13 yaralı haqqında məlumat vermişdi.

Puşilin əlavə edib ki, ərazi Kuraxovski və Krasnoqorovski istiqamətlərindən 152 mm və 155 mm çaplı artilleriyadan hücuma məruz qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti