Əfqanıstandakı təyyarə qəzasında ölənlərin sayı açıqlandı

   Əfqanıstandakı təyyarə qəzasında ölənlərin sayı açıqlandı
  21 Yanvar 2024    Oxunub:1207
Əfqanıstanın Bədəxşan əyalətində baş verən təyyarə qəzasında göyərtədə olan 6 nəfərdən 2-si ölüb, 4 nəfər sağ qalıb. Bu barədə “Reuters” yerli rəsmilərə istinadən məlumat yayıb.
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb - VİDEO+ YENİLƏNİB
Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Əfqanıstanda yoxa çıxan Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyata alınıb. İlkin məlumata görə, təyyarədə altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin.

Falcon 10 Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirib. Federal Hava Nəqliyyatı Agentliyi itkin düşən təyyarə ilə bağlı Əfqanıstan və Tacikistanın aviasiya hökuməti ilə əlaqə saxlayır və təyyarənin axtarışı davam edir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Əfqanıstanda göyərtəsində Rusiya vətəndaşlarının olduğu təyyarə qəzasından sonra cinayət işi açılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti