Gezeravcı kosmosdan Bakının şəklini çəkəcək

   Gezeravcı kosmosdan Bakının şəklini çəkəcək
  21 Yanvar 2024    Oxunub:993
Türk astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq.
İlk danışıq prezident Rəcəb Tayyib Ərdoğanla olacaq. Onun proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə ünsiyyət daxildir.
Türk astronavt ilk dəfə kosmosda -Fotolar+Video


Gezeravcı həmçinin, Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə də əlaqə quracaq.

Türk astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkəsirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək. O, kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotoşəkillərini çəkəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti