Türkiyə Qərb kəşfiyyatına ultimatum verdi

 Türkiyə Qərb kəşfiyyatına ultimatum verdi
  22 Yanvar 2024    Oxunub:828
Qərb kəşfiyyat təşkilatları bundan sonra Ankaraya müvafiq məlumat vermədən Türkiyədə əməliyyat apara bilməyəcək. Bu barədə “Hürriyet” qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.
Nəşrin köşə yazarı Fatih Çekirge qeyd edib ki, əvvəllər bu cür təşkilatlar Türkiyədə bizneslə məşğul ola bilirdilər. Onların təyyarələri respublikaya gələ və orada uzun müddət qaldıqdan sonra geri uça bilərdi. Lakin təyyarədə nə olduğu barədə məlumat verilmirdi.

Məqalə müəllifinin sözlərinə görə, Türkiyə hökuməti ölkənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, xarici təyyarələrin gəlişi və uçuşu artıq Ankaraya müvafiq məlumat verilmədən həyata keçirilə bilməz.

Qəzetin mənbəsi Qərbin xüsusi xidmət orqanlarının Türkiyənin bu qərarına sərt reaksiya verdiyini və bunun İrana dəstək demək olduğu haqda söz-söhbətlər yaydığını, lakin respublikanın öz prinsipial mövqeyində qaldığını bildirib.


Ötən il dekabrın əvvəlində İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Şin Bet Ronen Bar deyib ki, İsrail Qətər və Türkiyədə HƏMAS liderlərini məhv etməyə hazırdır.

Yanvarın 3-də Türkiyə mediası və daha sonra rəsmilər Türkiyədə, əsasən İstanbulda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 34 nəfərin saxlandığını bildiriblər.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti