Ekvadorda xəstəxananı ələ keçirən dəstə saxlanıldı - FOTOLAR

   Ekvadorda xəstəxananı ələ keçirən dəstə saxlanıldı -  FOTOLAR
  22 Yanvar 2024    Oxunub:1289
Cinayətkar qrupların hücumları fonunda Ekvadorda vəziyyət daha da gərginləşir.
AzVision.az Ekvador polisinin açıqlamasına əsasən xəbər verir ki, Quayas əyalətinin Yaquaçi şəhərindəki xəstəxananı ələ keçirməyə çalışan dəstənin 68 üzvü yarıçılpaq halda həbs edilib.

Məlumata görə, polis əməliyyat zamanı çox sayda silah və narkotik maddəni nəzarətə götürüb.

İlkin ehtimal kimi bildirilir ki, cinayətkarlar xəstəxanaya hücum zamanı orada müalicə alan bir dəstə üzvünü qaçırmaq istəyiblər; dəstə bu məqsədlə yaxınlıqdakı reabilitasiya mərkəzini "qərargah"a çevirib.

Qeyd edək ki, yanvar ayının 9-dan başlayaraq, Ekvadoru cinayətkar qrupların hücum dalğası bürüyüb.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Ekvador   cinayətkarlar   xəstəxana  





Xəbər lenti