Şolzdan nasizm xəbərdarlığı - Almaniya keçmişdən dərs almayıb?

   Şolzdan nasizm xəbərdarlığı -    Almaniya keçmişdən dərs almayıb?
  22 Yanvar 2024    Oxunub:948
Kansler Olaf Şolzun nasizmlə bağlı səhvləri təkrarlamamaq çağırışından sonra Almaniyada sağçı siyasətçi və partiyalara qarşı “Keçmişdən dərs aldıq” şüarı ilə kütləvi aksiyalar keçirildi.
AzVision.az xəbər verir ki, bu barədə El Mundo məlumat yayıb.

Ştaynmayer: "Sağçılar əleyhinə nümayişlər cəsarət nümunəsidir"
Şolz deyib ki, "Almaniyada bir daha özünə yer qazana bilməyəcək bir şey varsa, o da Milli Sosialist irqi ideologiyasıdır".

Kanslerə görə, bu cür etirazlar Almaniyanın "keçmişdən dərs aldığını" nümayiş etdirmək üçün bütün demokratik düşüncəli alman vətəndaşlarını birləşdirəcək.

Xatırladaq ki, ötən həftə sonu Almaniyada 350 minə yaxın insanın iştirakı ilə 80-dən çox aksiya baş tutub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya  





Xəbər lenti