Ukraynaya gecikən yardım qələbə gətirməyəcək - "The Hill"

     Ukraynaya gecikən yardım qələbə gətirməyəcək    - "The Hill"
  22 Yanvar 2024    Oxunub:1789
ABŞ Konqresinin Ukraynaya yardımları təsdiqləməsi Kiyevin bu müharibədə dərhal qələbə qazanmasına səbəb olmayacaq.
Çünki silahların Ukrayna ordusuna təhvil verilməsi prosesi vaxt aparacaq. Bu fikirlər "The Hill" saytında dərc olunan məqalədəndir.

Qərb Zelenskinin hansı tələbini rədd edib? - "The Hill" detalları açıqlayıb
Nəşr yazıb ki, “Prosesin vaxt aparmasına baxmayaraq, bu, ukraynalılar üçün böyük mənəvi təkan olacaq”. Əgər Vaşinqtondan gələn yardım dayanarsa, Rusiya Silahlı Qüvvələri “Ukraynanın qurduğu müdafiə xəttini ciddi şəkildə təhdid etmək, hətta Kiyevi təhlükə altına salmaqla” daha da irəliləyə biləcək.

Artıq yardımların gecikməsi Rusiya ordusunun təmas xəttində xeyli uğur qazanmasına səbəb olub. Qarşıdakı gecikmələr isə ukraynalılara inanılmaz dərəcədə baha başa gələcək.

Qeyd edək ki, iki gün öncə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və kəşfiyyat direktoru Avril Heyns də Konqres liderləri ilə görüşdə bu mövzuda danışmışdılar. Onların sözlərinə görə, ABŞ Konqresİ Ukraynaya əlavə yardım göstərməsə, Rusiya bir neçə həftə - ən yaxşı halda aylar ərzində müharibədə qalib gələ bilər.

Ötən ilin dekabrında isə Volodimir Zelenski son bir ildə ABŞ-nin Ukrayanaya 24 milyard dollardan çox silah yardımı etdiyini açıqlamışdı: "Son bir ildə ABŞ-dan "Patriot” hava hücumundan müdafiə sistemləri, “Abrams” tankları, zirehli texnika, 'ATACMS' raketləri, DPICM." "Biz (ikili təyinatlı təkmilləşdirilmiş adi döyüş sursatları), mina təmizləmə maşınları və digər vacib silahlar aldıq". Zelenski yeni 250 milyon dollarlıq hərbi dəstək paketinə görə isə ABŞ prezidenti Co Baydenə şəxsən təşəkkür etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Yardım   ABŞ   Rusiya  





Xəbər lenti