Tramp ABŞ-ı iradəsini itirmiş ölkə adlandırıb

Tramp ABŞ-ı iradəsini itirmiş ölkə adlandırıb
  22 Yanvar 2024    Oxunub:890
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ iradəsini və əvvəlki gücünü itirib.

O, bu sözləri Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı deyib. “Biz tənəzzülə uğramış ölkəyik, inamı, iradəni, gücü itirmiş ölkəyik. Biz sadəcə olaraq yolunu azmış bir ölkəyik”, - Tramp bildirib.

Siyasətçi söz verib ki, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ “yenidən böyük ölkəyə çevriləcək”.

"Biz Amerika üçün heç kimin etmədiyi kimi mübarizə aparacağıq".

AzVision.az


Teqlər:





Xəbər lenti