Türkiyə Putini gözləyir

   Türkiyə Putini gözləyir
  22 Yanvar 2024    Oxunub:1153
Ankara Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə işgüzar səfər edəcəyini gözləyir.

Bu barədə RİA Novosti-yə məlumatlı diplomatik mənbə bildirib. Bununla belə, o qeyd edib ki, hələlik dəqiq razılaşdırılmış tarix yoxdur.

Türkiyənin “Türkiyə” qəzeti mənbələrə istinadən yanvarın 20-də yazıb ki, respublika fevralın 12-də Rusiya liderinin səfərini gözləyir. Kreml Putinin səfəri barədə vaxtında məlumat veriləcəyini bildirib.

Ötən ilin dekabrında Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2023-cü ilin əvvəlində görüşməyi planlaşdırdığını bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti