Kanada polisi: "Oğurlanan avtomobillər Azərbaycana aparılacaqdı" - VİDEO

      Kanada polisi:    "Oğurlanan avtomobillər Azərbaycana aparılacaqdı" -  VİDEO
  23 Yanvar 2024    Oxunub:1165
Kanadanın York Regional Polisi dəyəri 3,2 milyon dollardan çox 52 oğurlanmış avtomobili aşkarlayaraq, faktla bağlı 96 ​​cinayət işi qaldırıb.
AzVision.az xəbər verir ki, hadisə Kanadanın Ontario əyalətində baş verib.

Əyalətin mərkəzi şəhəri Torontonun York Regional Polisinin verdiyi məlumata görə, cinayətkar dəstə oğurladıqları bahalı maşınları Şərqi Avropaya, o cümlədən Azərbaycan və Gürcüstana qaçırmağı planlaşdırıb. Dəstə şəhər ətrafından, habelə Ontarionun cənub-qərb ərazilərindən oğurlanmış maşınları yaşayış məntəqələrində gizlədib.

Qeyd edək ki, polis Böyük Toronto Bölgəsində 2015-ci ildən bəri avtomobil oğurluğu hallarının 300% artdığını bildirib. Avtomobillərin oğurlanması və xaricə aparılması ilə bağlı problem fevralın 8-də keçiriləcək Milli Sammitdə müzakirə ediləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kanada   maşın   oğurluq   Azərbaycan  





Xəbər lenti