"İlham Əliyevlə Paşinyanın yeni görüşünə dair razılıq yoxdur" - Mirzoyan

   "İlham Əliyevlə Paşinyanın yeni görüşünə dair razılıq yoxdur" -    Mirzoyan
  23 Yanvar 2024    Oxunub:1062
"Beynəlxalq tərəfdaşlar Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında yeni görüş təşkil etməyə cəhdlər edir, lakin hələlik razılıq əldə olunmayıb".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

"Hazırda liderlərin görüşünün təşkilinə cəhdlər edilir. Hazırda nə bizdə belə bir razılaşma var, nə də xarici işlər nazirləri arasında görüş barədə razılıq əldə olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti