"Keçmişdə İrəvanın bizim olmadığını etiraf edirik" - Erməni deputat

 "Keçmişdə İrəvanın bizim olmadığını etiraf edirik"    - Erməni deputat
  24 Yanvar 2024    Oxunub:1390
Ermənistan Milli Assambleyasının "Hayastan" fraksiyasını təmsil edən deputatı Qeqam Nazaryan diqqət çəkən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, "Mamul"a açıqlamasında İrəvanda ermənilərin yaşamaması məsələsinin artıq öz xalqı tərəfindən adiləşməsindən gileylənib.
"7-ci sinif tarix dərsliyində yazılanları, eləcə də bura salınmamış faktları oxumusunuzmu? Heç olmasa o dərsliyi oxuyub özünüz nəticə çıxarmısınız, yoxsa başqalarının fikirlərinə əsaslanırsız?

Erməni tarixçisi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi
Amma məni hazırda daha çox başqa bir sual maraqlandırır. Niyə yalnız 7-ci sinif tarix dərsliyinə dəyər verirsiniz, qalanlarına yox? Üstəlik, erməni Vikipediya platformasında İrəvan haqqında yazılanlara belə fikir vermirsiniz...", - o, qeyd edib.

Deputat xatırladıb ki, "Bu platformada yazılanlara görə, İrəvan və Van ermənilər tərəfindən qurulmayıb".

- Hətta V əsrdə İrəvanda ermənilərin yaşamasına şübhə ilə yanaşılmasına görə də qəzəblənmirsiniz? Yazını türklər, azərbaycanlılar, yaponlar yox, ermənilər yazıblar. Məqalə müəllifləri öz xlqımızın nümayəndələridir. Buna biganə qalan insanlar da bizim xalqdır,- erməni deputat gileylənib.

Xatırladaq ki, son vaxtlar Ermənistanda 7-ci sinif dərsliyi ətrafında ciddi müzakirələr gedir. Belə ki, bir çox erməni elm xadimi sözügedən dərslikdə nöqsan və təhriflər olduğunu iddia edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat   İrəvan  





Xəbər lenti