Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü - VİDEO

 Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü  - VİDEO
  24 Yanvar 2024    Oxunub:1213
Rusiya Müdafiə Nazirliyi bu gün Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsi ilə bağlı məlumat yayıb.
Qeyd edilir ki, göyərtədə Ukrayna Silahlı Qüvvələrinin 65 əsiri olub. Məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 11:00 radələrində planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

Rusiyada hərbi nəqliyyat təyyarəsi vuruldu - VİDEO
Nazirlik əsir götürülmüş 65 hərbçinin dəyişdirilmək üçün Belqorod vilayətinə aparıldığını iddia edib. Təyyarənin göyərtəsində həmçinin altı ekipaj üzvü və onları müşayiət edən üç nəfər də olub.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Rusiyanın Belqorod vilayətində hərbi nəqliyyat təyyarəsinin qəzaya uğrayaraq partlaması barədə məlumat yayılıb.

Belqorodun rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında faktı təsdiqləyib.

Daha sonra isə sosial şəbəkələrdə qəza anını əks etdirən videolar paylaşılıb. İddia olunur ki, təyyarə zenit raket kompleksinin işə salınması nəticəsində vurulub. Görüntülərdə səmada raket uçuşlarının da izləri olub.

Jurnalist Yevgeni Popov isə Teleqram kanalında yazıb ki, hadisədən dərhal sonra əsir götürülmüş 80 hərbçi olan ikinci İl-76 hərbi təyyarəsi Belqorod səmasından geri qaytarılıb. O, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolova istinad edib.

“İl-76 təyyarəsi üç raketlə vurulub. O, ya alman istehsalı olan “IRIS T”, ya da “Patriot”la partladıldı”, – Kartapolov Dövlət Dumasında keçirilən iclasda deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Təyyarə  





Xəbər lenti