"Afrika terrorizm mərkəzinə çevrilir" - BMT

   "Afrika terrorizm mərkəzinə çevrilir" -    BMT
  24 Yanvar 2024    Oxunub:904
Afrika qitədə milyonlarla insana təsir edən terrorizmin qlobal mərkəzinə çevrilib.
AzVision.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterriş deyib.

O, BMT-nin Terrorla Mübarizə üzrə Qlobal Sazişlə bağlı iclasında deyib ki, cəmi bir neçə qısa il ərzində Afrika dünyanın terrorizm mərkəzinə çevrilib.

Quterriş qeyd edib ki, terror təhlükəsi bir çox Afrika ölkələrində, o cümlədən Somali, Konqo Demokratik Respublikası və Mozambikdə qalmaqdadır. "Təhlükə sürətlə Benin və Toqo kimi sahilyanı ölkələrə yayılır. Narahatedici tendensiya göz qabağındadır. Və hər dəfə ən yüksək qiyməti mülki əhali ödəyir. Nəhayət, bunu bütün bəşəriyyət ödəyir" - Quterriş əmindir.

Dünya təşkilatının rəhbəri hesab edir ki, dünya birliyi ilk növbədə Afrika qitəsinin inkişafına və orada insan hüquqlarına riayət olunmasına kömək etmək üçün təcili tədbirlər görməlidir. "Təcrid, qeyri-bərabərlik, məktəbdə təhsil almaq imkanlarının məhdudluğu, peşəkar imkanların olmaması, hökumətə, institutlara və qanuna inamın sarsıdılması, insan hüquqlarının pozulması və cəzasızlıq hissi terrorizmin yayılmasına şərait yaradır. Biz bu pis dairəni qırmalıyıq".

AzVision.az
AzVision.az


Teqlər:





Xəbər lenti