Fransa Rusiyanın BMT TŞ iclasının təcili keçirilməsi tələbini rədd edib

   Fransa Rusiyanın BMT TŞ iclasının təcili keçirilməsi tələbini rədd edib
  24 Yanvar 2024    Oxunub:1089
BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa Belqorod vilayəti səmasında İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın tələb etdiyi iclası keçirməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin sözlərinə görə, Fransa görüşü yalnız sabah, yanvarın 25-də Nyu-York vaxtı ilə saat 17:00-da keçirməyə razılaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti