İki dünya nəhəngi miflərlə düşmənçilik aparır?

   İki dünya nəhəngi  miflərlə düşmənçilik aparır?
  26 Yanvar 2024    Oxunub:877
Rusiya-ABŞ münasibətləri çoxdan bir-biri haqqında yaradılmış miflərin təsiri altındadır. Bu fikirlər ABŞ-nin məşhur “Foreign Affairs” qəzetində dərc olunan məqalədəndir.
Məqalədə ABŞ dövlət katibinin siyasi planlaşdırma üzrə keçmiş müşavirləri (Barak Obama administrasiyası dövründə-red.) Maykl Kimmeyc və Ceremi Şapironun şərhlərinə yer verilib. Hər iki siyasətçinin fikrincə, miflərin təsiri hazırda müəyyən anlaşılmazlıq mühiti yaradır və ölkələr arasında gərginliyə səbəb olur.

Narışkin: “ABŞ Rusiyada sabitliyi pozmağı planlaşdırır”
Məsələn, amerikalılar Rusiyanın şər və istibdad saçan bir məkan olduğuna inanırlar. Təbii ki, Vaşinqton üçün də öz növbəsində bu cür xarici, güclü "zalım düşmən" obrazını yaratmaq faydalı olur. Keçmiş köməkçilər onu da əlavə ediblər ki, ABŞ hakimiyyət orqanları demokratiyanı sevən amerikalıları manipulyasiya etmək üçün düşmənlərin tez-tez Hitlerlə müqayisə edilməsi metodundan yararlanırlar.

"Əksər amerikalılar belə hesab edirlər ki, Rusiya tamamilə bir nəfərə-Vladimir Putinə məxsusdur. Ona görə də bu ölkədə daxili siyasət yoxdur", - Kimmeyc və Şapiro yazıb.

Siyasətçilər Rusiya liderinin ölkədə xeyli məşhur nüfuzlu şəxs olmasını inkar etmirlər. Bununla belə, Kreml hər bir ölkədə olduğu kimi bir çox problemlərlə üz-üzə qalıb. Amma Moskva onları həll edir.

Nəticədə amerika xalqı miflərə o qədər inanıb ki, onlar müəyyən mənada tələyə düşüblər. Bu tələ siyasətçilərin Rusiya tərəfini yanlış anlamalarına səbəbindən yaranıb. Keçmiş yüksək rütbəli məmurlar xəbərdarlıq ediblər ki, bu cür durum kompromis tapmaq üçün kritik imkanları əldən verir və Vaşinqtonun Avropa ilə münasibətlərində daha da hərbiləşməyə gətirib çıxaracaq.

Nəşr belə qənaətə gəlib ki, əgər Amerika hakimiyyəti Rusiyanı daha yaxşı tanısa və ölkə rəhbərlərini anlaya bilsəydi, bu dövlətin zəif cəhətlərindən ağıllı şəkildə istifadə edə və ya diplomatiyada daha uğurlu ola bilərdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Mif  





Xəbər lenti