Narışkin: "Qərb kəşfiyyatı AES-lərimizə qarşı təxribatlar hazırlayır"

   Narışkin:   "Qərb kəşfiyyatı AES-lərimizə qarşı təxribatlar hazırlayır"
  26 Yanvar 2024    Oxunub:1115
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin diqqət çəkən açıqlamalar verib.
O, RİA Novosti agentliyinə müsahibəsində deyib ki, Qərb kəşfiyyat xidmətləri Ukraynanın kəşfiyyat qruplarını Rusiyadakı Atom Elektrik Stansiyalarına (AES) qarşı təxribatlar üçün hazırlayır.

Narışkin: “ABŞ Rusiyada sabitliyi pozmağı planlaşdırır”
Narışkin Qərbin xüsusi xidmət orqanlarının, ilk növbədə Britaniya "MI6"sının ukraynalılardan ibarət təxribat qruplarına təlim keçmələrinə dair bir neçə misal çəkə biləcəyini bəyan edib.

Xatırladaq ki, Moskva ötən il Rusiyada bəzi Atom Elektrik Stansiyalarını hədəfə almış Ukrayna kəşfiyyat qruplarının zərərsizləşdirilməsi barədə məlumat yaymışdı.

Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin sentyabrında Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı məlum mövzuya toxunmuşdu. Onun sözlərinə görə, bu təxribat qruplarından birinin üzvü saxlanılarkən Britaniya təlimatçılarının rəhbərliyi altında təlim keçdiklərini etiraf edib. Kreml bəyan etdi ki, Kiyev və onun arxasında duran Londonun Rusiya AES-lərinə qarşı təxribat planları nüvə terrorizmi kimi təsnif edilir.

Narışkin bir neçə gün öncə da oxşar mövzuda maraqlı fikirlər səsləndirmişdi. Xarici kəşfiyyat xidmətinin rəhbəri ABŞ-nin mübadilə proqramlarının rusiyalı məzunları ələ almağı planlaşdırdığını açıqlayıb. Qeyd edilir ki, Vaşinqton mart ayında Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək üçün Amerika mübadilə proqramlarını bitirmiş ruslarla işi gücləndirmək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kəşfiyyat   Təxribat   Rusiya  





Xəbər lenti