Aİ indi də səsverməylə bağlı Macarıstanı hədəf alıb?

   Aİ indi də səsverməylə bağlı Macarıstanı hədəf alıb?
  26 Yanvar 2024    Oxunub:860
Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın səsvermə hüququndan məhrum ediləcəyi təqdirdə bunun yarada biləcəyi nəticələrdən qorxuya düşüblər.
AzVision.az xəbər verir ki, bu fikirlər məşhur “Politico” qəzetində dərc olunan məqalədəndir. Nəşr adları açıqlanmayan avropalı diplomatlara istinad edib.

Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım göstərəcək
Mənbələr qeyd ediblər ki, əgər bir ölkə öz səsvermə imkanı və hüququndan məhrum olarsa, gələcəkdə digər dövlətlər də qanunun aliliyi məsələlərində oxşar problemlə üzləşə bilər.

Bununla belə, artıq 5 avropalı məmur və Aİ-yə üzv ölkələrin diplomatları Budapeştə qarşı çıxmağa hazır olduqlarını bəyan ediblər. Məqalə müəlliflərinin fikrincə, Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro ayrılması ilə bağlı razılaşmanı bloklayarsa, bu, tarixi və görünməmiş addım olacaq.
Xatırladaq ki, bir müddət öncə Macarıstanın Aİ-nin Ukraynaya yardım fondunun yaradılmasının qarşısını alacağı məlum olmuşdu.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Macarıstan    





Xəbər lenti