İsrail CAR-a uçuşları dayandırır

   İsrail CAR-a uçuşları dayandırır
  26 Yanvar 2024    Oxunub:937
İsrailin milli aviadaşıyıcısı "El Al" Cənubi Afrika Respublikasına birbaşa uçuşları ləğv edəcək.
AzVision.az xəbər verir ki, bu qərara səbəb kimi "israilli turistlərin CAR-a səyahət tələbinin əhəmiyyətli dərəcədə azalması" göstərilib.

"2024-cü ilin mart ayının 27-si son reysdən sonra Yohannesburqa uçuşlar dayandırılacaq", - şirkətin bəyanatından deyilir.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi bu gün Cənubi Afrika Respublikasının ittihamı əsasında İsrailin Qəzza zolağındakı müharibəsinə dair qərar çıxaracaq. Hava yolları şirkətinin gözlənilən qərar ərəfəsində adıçəkilən ölkəyə uçuşları ləğv etməsi maraq doğurur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   CAR  





Xəbər lenti