İranda İsraillə əməkdaşlığa görə 4 nəfər edam edildi

   İranda İsraillə əməkdaşlığa görə 4 nəfər edam edildi
  29 Yanvar 2024    Oxunub:873
İranda İsrailin xeyrinə casusluq etmək və respublikanın milli təhlükəsizliyinə zərbə vurmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.
Bu barədə İranın Mehr agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb. Agentlik bildirib ki, İsrail Kəşfiyyat Agentliyi Mossad ilə əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub.

Cinayətkarlar 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavoduna partlayıcı qurğu yerləşdirmək ittihamı ilə həbs ediliblər. Onlar İraqdan ölkəyə daxil olublar.

İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bir sıra Afrika ölkələrində təlim düşərgələrində terrorçuların təlimi zamanı Mossadın rəhbəri David Barnea onlarla görüşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti