Qəzzada atəşkəs təklifi nəzərdən keçiriləcək

   Qəzzada atəşkəs təklifi nəzərdən keçiriləcək
  01 Fevral 2024    Oxunub:838
Misirin paytaxtı Qahirə şəhərində HƏMAS lideri İsmayıl Haniyənin iştirakı ilə Qəzza zolağında altı həftəlik atəşkəs təklifi ilə bağlı müzakirə aparılacaq.
AzVision.az xəbər verir ki, Qətər və Misir rəhbərliyindəki atəşkəs danışıqları çərçivəsində növbəti görüşün Qahirədə baş tutacağı gözlənilir.

Sözügedən təklif döyüşlərin altı həftə ərzində dayandırılmasını və Qəzzaya daha çox yardımın çatdırılmasını nəzərdə tutan üç mərhələdən ibarətdir.

İlkin mərhələdə İsraildəki fələstinli məhbuslar müqabilində HƏMAS tərəfindən saxlanılan "qadınlar, uşaqlar və 60 yaşdan yuxarı xəstə kişilər" azadlığa buraxılacaqlar.

Atəşkəs təklifi çərçivəsində İsrail qüvvələrinin Qəzza zolağından çəkilməsi ilə bağlı da müzakirə aparılacaq.

Xatırladaq ki, ötən günlərdə Fransanın paytaxı Parisdə Misir, İsrail, Qətər və ABŞ-nin iştirakı ilə keçirilmiş danışıqlarda HƏMAS əsirlərin sərbəst buraxılması barədə ilkin təklifi rədd etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   atəşkəs   İsrail   HƏMAS  





Xəbər lenti