HƏMAS atəşkəs razılaşmasından imtina etdi - “Al Mayadeen”

HƏMAS atəşkəs razılaşmasından imtina etdi    - “Al Mayadeen”
  05 Fevral 2024    Oxunub:868
Fələstinin radikal HƏMAS hərəkatı Parisdə müzakirə edilən Qəzzada atəşkəs anlaşmasının şərtləri ilə razılaşmayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

HƏMAS Qəzzada hücuma keçib
Mənbənin sözlərinə görə, Paris razılaşması əsirlərin və girovların mübadiləsinə aid olsa da, orada atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması barədə heç nə deyilməyib. HƏMAS isə bu amilləri əsas məsələlər kimi irəli çəkir.

"Al Mayadeen"in məlumatına görə, sazişdə həmçinin İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair heç bir təminat yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   HƏMAS   Atəşkəs  





Xəbər lenti