Məhkəmə Çarçyana 3 il 7 ay cəza kəsdi

Məhkəmə Çarçyana 3 il 7 ay cəza kəsdi
  05 Fevral 2024    Oxunub:860
Bu gün İrəvan məhkəməsi Ermənistan paytaxtındakı İzmirlyan tibb mərkəzinin direktoru, “Hayastan” blokunun keçmiş deputatı Armen Çarçyanı 3 il 7 ay şərti həbs cəzasına məhkum edib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Çarçyan deputat mandatından imtina etdi
Ötən ilin oktyabr ayında keçirilən məhkəmə iclası zamanı isə ittiham tərəfi məşhur erməni həkimə 5 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, Armen Çarçyan 2021-ci ilin iyununda “Hayastan” (Ermənistan-red.) blokundan deputat seçilib. İzmirlyan tibb mərkəzinin keçmiş direktoru olan professor Çarçyan rüşvətxorluqda və seçicilərə təzyiqdə ittiham olunduğu üçün saxlanılmışdı.

O, 2021-ci il dekabrın 10-da Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə  





Xəbər lenti