Bayden Netanyahunu “lənətə gəlmiş pis adam” adlandırıb - "Politico"

Bayden Netanyahunu “lənətə gəlmiş pis adam” adlandırıb    - "Politico"
  05 Fevral 2024    Oxunub:833
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu haqqında ədəbsiz fikirlər səsləndirib.
Bu fikirlər ABŞ-nin məşhur “Politico” qəzetində dərc olunan məqalədəndir.

Bayden Fələstin tərəfdarlarının qəzəbinə tuş gəldi - FOTO / VİDEO
Nəşr yazıb ki, Bayden “administrasiyadakı hər kəs və hər bir demokrat kimi” İsrailin baş nazirinə şübhə ilə yanaşır: "O, Netanyahunu “lənətə gəlmiş pis adam” adlandırıb”.

Ağ Evdə isə yayılan bu məlumatla razılaşmayıblar.

Ağ Ev təmsilçisi Endryu Beyts “Politico”ya açıqlamasında qeyd edib ki, ABŞ prezidenti belə bir fikir səsləndirməyib və heç İsrail rəhbəri haqqında elə fikir deməz də. O, iki dövlətin liderləri arasında hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   İsrail  





Xəbər lenti