Erməni hərbçinin ölümünə görə qətl maddəsi ilə iş açıldı

Erməni hərbçinin ölümünə görə qətl maddəsi ilə iş açıldı
  07 Fevral 2024    Oxunub:922
Ermənistanın İstintaq Komitəsi ehtiyatda olan hərbçi Artur Qriqoryanın yanğın nəticəsində həlak olmasından sonra qətl maddəsi ilə cinayət işi açıb.
AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan ordusunun hərbçisi yanaraq ölüb
Qeyd edilir ki, əldə edilən məlumatlara əsasən Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 155-ci bəndi üzrə iş qaldırılıb, araşdırmalar aparılır: "İstintaq qrupu yaradılıb, bir sıra ekspertizalar, o cümlədən yanğın-texniki və məhkəmə-tibbi ekspertiza təyin edilib".

Qeyd edək ki, dünən Ermənistanın Müdafiə Nazirliyi 39 yaşlı ehtiyatda olan hərbçinin cəsədinin aşkarlanması barədə məlumat yaymışdı. Onun cəsədi döyüş mövqelərindən birində baş verən yanğından sonra tapılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti