Erməni siyasətçiyə sui-qəsd olub

Erməni siyasətçiyə sui-qəsd olub
  09 Fevral 2024    Oxunub:870
Tanınmış erməni ictimai fəal, "Məlumatlı Vətəndaşlar Birliyinin" sədri Daniel İoannisyana hücum olub. AzVision.az xəbər verir ki, bu barədə siyasətçi özü Facebookda paylaşım edib.
“Mənə avtomobilimin yandırılması ilə bağlı xeyli suallar verirsiniz. Bəli, kimsə evimin qarşısında maşınımı yandırmağa cəhd edib. Buferə benzin tökərək yandırıblar. Maşının "KASKO" sığortası var, sadəcə bir hissə yanıb deyə maddi ziyana görə narahat etmirəm.

"General və polkovniklərimizin əksəriyyətinin döyüş qabiliyyəti yox idi"- İoannisya
O ki qaldı bunu kimlərin etməsinə, bəli, hadisənin izləri son vaxtlar toxunduğumuz və Ermənistana da oxşar davranışlar gətirməyə çalışan Qarabağ qüvvələrinin korrupsioner çevrələrinə aparır. Bu arada evimin qarşısındaca maşınımı yandırmağa cəhd edənləri ilk olaraq polis tapsa, onların bəxti gətirmiş olacaq”, - o yazıb.

Qeyd edək ki, İoannisyanın adı bir neçə dəfə cinsi azlıq məsələlərində də hallanıb. Bundan başqa o, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə generalları tənqid etməsiylə də seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti