Separatçıların xidməti avtomobilləri də özləri kimi çürüyür

   Separatçıların xidməti avtomobilləri də özləri kimi çürüyür
  15 Fevral 2024    Oxunub:956
İrəvan Qarabağda mövcud olmuş keçmiş separatçı rejimin avtomobillərini rəsmiləşdirə bilmir. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Hraparak" qəzeti yazır ki, keçmiş xuntanın dağılan idarələrinə məxsus xidməti avtomobillərin yeri və taleyi müəmmalı olaraq qalır: "Son vaxtlar "məmurların" nəzarəti altında olan avtomobillərin özəlləşdirilməsi və ya onların texnikalara sadəcə sahiblənmələri barədə səs-küylü şayiələr yayılıb. Əldə etdiyimiz məlumata görə, Ermənistan hökuməti, xüsusən də Nikol Paşinyan naməlum səbəblərdən bu avtomobilləri dövlət qurumlarının idarəçiliyinə salmaqdan imtina edir. Texnikalar pərakəndə şəkildə yararsız qalıb, onların hərəsini bir məkanda saxlayıblar. Çünki İrəvandan qərar gözlənilir.

Qondarma rejim özünü buraxdı - Separatçılar rəsmən tarixə gömüldülər
Bu arada texnikaların arasında əla vəziyyətdə olan maşınlar da var ki, bu avtomobillər müvafiq idarələrdə xidmətə cəlb edilə bilərlər. Məsələn, səhiyyə, hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər Qarabağdan gətirilən avtomobillərdən yararlana bilərlər".

Mövzunun aktuallığını nəzərə alan "Hraparak"ın jurnalisti Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə sorğu ünvanlayıb. Müraciətdə avtomobillərin harada yerləşməsi, nəqliyyat vasitələrinin hansı qurumun balansında olması və onların gələcək talelərinə dair sullar olub. Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sorğudan yayınaraq sadəcə “Bu məsələ ilə bağlı şərh verməkdən imtina edirik” cavabını verib.

Xatırladaq ki, Azərbaycanın ötən il cəmi 23 saata apardığı antiterror tədbirləri separatçıların qondarma rejiminə son qoydu. Sentyabrın 28-də isə xuntanın rəhbəri olmuş separatçı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün "dövlət institutlarının" ləğvi və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında fərman imzaladı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Separatçı   Avtomobil  





Xəbər lenti