Rusiya XİN: "ABŞ-nin eskalasiya yolu çox təhlükəlidir"

 Rusiya XİN:    "ABŞ-nin eskalasiya yolu çox təhlükəlidir"
  15 Fevral 2024    Oxunub:1106
Rusiya Federasiyası ABŞ-nin eskalasiya kursunun çox təhlükəli olması barədə xəbərdarlıq edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Qaluzin İrəvanın KTMT-ni boykot etməsindən danışdı - VİDEO
“Bizim ötürdüyümüz siqnal aydın və bəllidir. Eskalasiya indi Amerika kursunun mərkəzində dayanır və bu, çox təhlükəlidir. Biz bu siqnalı onlara çatdırdıq. Bundan sonra da bütün mövcud kanallar vasitəsilə çatdırmağa davam edəcəyik”, - Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və ABŞ-nin yüksək rütbəli rəsmiləri vaxtaşırı telefon danışıqları aparırlar. Bu cür əlaqələr o cümlədən Ukrayna mövzusu ilə bağlı olur.

Nazir müavini Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bu yaxınlarda telefon danışığı aparması barədə yayılan məlumatı da şərh edib: "Ara-sıra telefon danışıqları olur. Hər iki tərəfdən yüksək səviyyəli rəsmilər dəyərləndirmə mübadiləsi aparırlar. Bizim tərəfimizdən bütün lazımi siqnallar ABŞ administrasiyasına çatdırılır".
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya  





Xəbər lenti