Rusiya XİN: Kiyev artıq Qərb üçün qulpsuz bir çamadana çevrilib

    Rusiya XİN:  Kiyev artıq Qərb üçün qulpsuz bir çamadana çevrilib
  21 Fevral 2024    Oxunub:953
Ukraynanın müttəfiqlərdən gələn maliyyə çatışmazlığı səbəbindən məğlub olması Qərbin Rusiya ilə qarşıdurmada uduzması anlamına gələcək.
AzVision.az xəbər verir ki, bu fikri RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

NATO: "Cəbhədəki vəziyyət Kiyev üçün çox ağırdır"
Onun sözlərinə görə, hazırda Ukrayna ordusu yalnız Qərbin hərbi dəstəyi sayəsində dözüb dayana bilir. Eyni zamanda, Kiyevdə də etiraf edirlər ki, Qərbin köməyi olmadan Ukrayna Silahlı Qüvvələri 1-2 ay ayaq üsdə dura bilər.

Qaluzin daha çox bir məsələyə diqqət çəkib. Əgər bir müddət əvvəl Qərb ölkələri Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcəklərini bəyan edirdilərsə, indi “mövcud durum imkan verdiyi qədər” ifadəsini işlədirlər.

Diplomat ABŞ Konqresində Ukraynaya 60 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı müzakirələrin davam etməsini də xatırladıb. Onun sözlərinə görə, bu müzakirələrin necə bitməsindən asılı olmayaraq, Ukrayna artıq Qərb üçün “qulpsuz bir çamadana çevrilib. Hansı ki, onu daşımaq da çətindir, kənara tullamaq da".

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq Ukrayna cəbhəsində vəziyyətin Kiyevin əleyhinə gərginləşdiyini etiraf edib. O qeyd edib ki, cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb: "Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qərb  





Xəbər lenti