Ermənistanda ev alan azərbaycanlıların sayı açıqlanıb

   Ermənistanda ev alan azərbaycanlıların sayı açıqlanıb
  21 Fevral 2024    Oxunub:996
2023-cü ildə Ermənistanda ev alan Türkiyə və Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Ermənistan Azərbaycan vətəndaslarina mülk satır? - Ötən il 2 əmlak alınıb
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, 2023-cü ildə Türkiyə vətəndaşları İrəvandakı çoxmənzilli yaşayış binalarından 3 ev alıblar. Ermənistan Kadastr Komitəsinin məlumatına görə, 2022-ci ildə İrəvandan mənzil alan türklərin sayı 11 olub.

Ötən il Azərbaycan vətəndaşları Ermənistanda daşınmaz əmlak almayıb. Lakin 2022-ci ildə 2 azərbaycanlı daşınmaz əmlak sahibi olub. Bunlardan biri İrəvanada, digəri Lori vilayətindəki fərdi yaşayış binasıdır.

Həmçinin qeyd edilib ki, 2023-cü ildə Türkiyə vətəndaşları İrəvanda çoxmənzilli yaşayış binasında 2 ev və Ararat rayonunda 1 torpaq sahəsi satıblar. Azərbaycan vətəndaşı isə çoxmənzilli yaşayış binasından 1 mənzil satıb.

Kadastr Komitəsinin məlumatına görə, Türkiyə vətəndaşları Ermənistanda ilk dəfə 2005-ci ildə, Azərbaycan vətəndaşları isə 2012-ci ildə daşınmaz əmlak alıblar.



Aytən Zəhra
AzVision.az


Teqlər:   Azərbaycanlı   Ermənistan  





Xəbər lenti