Medvedev: "Ukraynanı ölkə saymıram"

      Medvedev:    "Ukraynanı ölkə saymıram"
  22 Fevral 2024    Oxunub:878
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının rəhbəri Dmitri Medvedev Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib. O qeyd edib ki, Ukraynanı tam mənada ölkə adlandıra bilmir.
"Əvvəllər o, ölkə deyildi. Sadəcə SSRİ-nin tərkibində bir respublika idi. Ukrayna bildiyiniz kimi 20-ci əsrin birinci yarısının siyasi hadisələri nəticəsində yarandı", - Rusiya rəsmisi qeyd edib.

Medvedev: "Gələcəkdə də Kiyev ilə yeni münaqişə yaranacaq"
O xatırladıb ki, ötən əsrdə Rusiyaya birbaşa aidiyyatı olmayan müəyyən ərazilər Ukraynaya birləşdirilib. Həmin ərailərdə isə “əhval-ruhiyyə də, məsələlərə yanaşmalarda tam fərqlidir. Orada yaşayan insanlar həmişə müəyyən istiqamətə baxıblar".

Qeyd edək ki, Medvedev tez-tez Ukrayna və Qərb əleyhinə sərt açıqlamaları ilə seçilir.

O hətta bir neçə gün öncə Qərbi hədələyərək demişdi ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq cəhdləri pis nəticələr verəcək. Bu yalnız Rusiya dövlətini bütün strateji arsenaldan istifadə etməklə Qərb ölkələri ilə qlobal müharibəyə gətirib çıxaracaq. Qərblə müharibə olacağı təqdirdə isə Rusiya Kiyev, Berlin, London və Vaşinqtonu vuracaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti