Litva MN: Ukraynaya NATO missiyaları göndərilə bilər

   Litva MN:    Ukraynaya NATO missiyaları göndərilə bilər
  27 Fevral 2024    Oxunub:785
NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.

Litvanın müdafiə naziri: "Avropa Rusiyaya surpriz hazırlayır"
“Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib.

Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:

“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacaq”.
AzVision.az



Teqlər:   Ukrayna   NATO  





Xəbər lenti