MKİ rəhbəri: "Ukrayna əhəmiyyətli ərazilərini itirəcək"

   MKİ rəhbəri:    "Ukrayna əhəmiyyətli ərazilərini itirəcək"
  12 Mart 2024    Oxunub:853
ABŞ silah tədarükünü bərpa etməsə, Ukrayna 2024-cü ildə əhəmiyyətli ərazilərini itirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Konqresdə çıxışı zamanı məlumat verib.

O xəbərdarlıq edib ki, əlavə tədbirlər şəklində əhəmiyyətli yardım olmasa Ukraynanı daha da qaranlıq gələcək gözləyir.

"Çox güman ki, Ukrayna bu il ərzində əhəmiyyətli ərazilərini itirəcək", - MKİ rəhbəri vurğulayıb.

Börns xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri hazırda mərmi çatışmazlığı yaşayır. Vaşinqton isə onlara yardım göstərmək üçün vaxt itirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti