İYİ Partiyanın yeni sədri müəyyənləşib - FOTOLAR

   İYİ Partiyanın yeni sədri müəyyənləşib -  FOTOLAR
  27 Aprel 2024    Oxunub:1050
Türkiyənin böyük müxalifət partiyalarından "İYİ"nin yeni sədri seçilib.
AzVision.az xəbər verir ki, partiyanın fövqəladə qurultayının üçüncü turunda səsvermə zamanı 611 nümayəndənin lehinə səsini alan Müsavat Dərvişoğlu sədr seçilib.

O, Türkiyə Böyük Millət Məclisinin İzmirdən millət vəkilidir.

Yeri gəlmişkən, partiyanın keçmiş sədri Maral Ağşənər ötən ay bələdiyyə seçkilərində uğursuz nəticəyə görə yenidən namizədliyini irəli sürməyib.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Türkiyə   partiya   sədr  





Xəbər lenti