"Ümid edirəm ki, komandalar ədalətli oyun aparacaq"

   "Ümid edirəm ki, komandalar ədalətli oyun aparacaq"
  20 May 2024    Oxunub:1052
"Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək.
Ümid edirəm ki, komandalar ədalətli oyun nümayiş etdirəcəklər".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF)  baş katibi və Peşəkar Çövkən Liqasının prezidenti Bəhruz Nəbiyev Peşəkar Çövkən Liqasının builki açılış mərasimindən öncə mətbuat konfransında deyib. O bildirib ki, yarışda hər bir komanda ev oyunu və səfər oyunu keçirəcək.

"Bütün oyunlar Binə Atçılıq Mərkəzində olacaq. Sonrakı illərdə isə komandaların öz meydanı olacaq. Qalib komandaya 3 xal veriləcək".

O bildirib ki, bu gün püşkatma baş tutacaq. Liqanın sonunda şəxslər və atlar təltif olunacaq. Açılış mərasimində ilk turun iki oyunu baş tutacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti