Gəlini Arif Quliyevin həyat yoldaşının vəziyyətini açıqladı

   Gəlini Arif Quliyevin həyat yoldaşının  vəziyyətini açıqladı
  05 İyun 2024    Oxunub:1340
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağır olaraq qalır. O, müalicəsini evdə davam etdirir.
Bu barədə AzVision.az -a mərhum aktyorun gəlini məlumat verib. O bildirib ki, öz istəkləri ilə Gülzar xanımı evə gətiriblər.

"Vəziyyəti yaxşı deyil. Dərmanlarla yaşayır",- ailə üzvü bildirib.

Xatırladaq ki, Gülzar Quliyeva bir müddət öncə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti