Berbok israilli həmkarı ilə görüşüb - FOTO

   Berbok israilli həmkarı ilə görüşüb -  FOTO
  06 Sentyabr 2024    Oxunub:381
Ötən gün Almaniyanın Münhen şəhərində İsrailin Baş Konsulluğuna hücum cəhdinin ardınca xarici işlər naziri Annalena Berbok bu ölkəyə yollanaraq, Tel-Əvivdə həmkarı İsrael Katsla görüşüb.
Xanım nazir görüşün ardınca mətbuata verdiyi açıqlamada "İsraillə sıx və sarsılmaz həmrəyliyini" dilə gətirib. O həmçinin Qəzza zolağında aparılan müharibənin cari vəziyyətinə də toxunaraq, diplomatik həllin vacibliyini vurğulayıb.
Almaniyada İsrail konsulluğu qarşısında atəş açılıb - VİDEO - YENİLƏNİB

Xatırladaq ki, dünən Münhendə İsrail konsulluğu qarşısında atəş açan şəxs dərhal zərərsizləşdirilib və şəhərdə polis nəzarəti gücləndirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   İsrail   nazir   səfər  





Xəbər lenti