Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb

Pakistanda poliomielit xəstəliyinə 17 yoluxma halı qeydə alınıb
  07 Sentyabr 2024    Oxunub:1988
Pakistanın dövlət orqanları 16 ildən sonra İslamabadda poliomielit hadisəsi haqqında xəbər veriblər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu yeni hal ilə cari ildə Pakistanda aşkar edilmiş ümumi poliomielit hadisələrinin sayı 17-dək artıb.

Pakistanın Milli Səhiyyə Təşkilatı bu ilin iyun ayında İslamabad və Ravalpindidə götürülən ətraf mühit nümunələrinin poliomielit virusunu göstərdiyini elan edib.

Pakistandakı Milli Fövqəladə Hallar Mərkəzinin poliomielit ilə mübarizə üzrə koordinatoru Ənvərul Haqın sözlərinə görə, ölkədə bütün uşaqların peyvənd edilməsi üzrə səylər gücləndirilir.

Pakistan rəsmiləri peyvənd kampaniyasının gələn ay Pakistan-Əfqanıstan sərhədinin hər iki tərəfində eyni vaxtda başlayacağını açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti