Netanyahu Məbəd dağını icazəsiz ziyarət etməyi qadağan edib

Netanyahu Məbəd dağını icazəsiz ziyarət etməyi qadağan edib
  09 Sentyabr 2024    Oxunub:593
İsrailin baş naziri Benyamin Netanyahu nazirlərin Qüdsdəki köhnə şəhərin əsas dini məkanlarından biri Məbəd dağını əvvəlcədən icazə almadan ziyarət etmələrini qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Nazirlər onun (Netanyahunun) hərbi katibi vasitəsilə əvvəlcədən icazəsi olmadan Məbəd dağına qalxmamalıdırlar”, - bəyanatda deyilir. Bundan əlavə, baş nazir bildirib ki, Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik yoxdur və olmayacaq.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir 2024-cü ildə artıq üç dəfə - 22 may, 18 iyul və 13 avqustda Məbəd dağına çıxıb. Bundan əlavə, iyulun 24-də Knessetdə (parlamentdə) “İsrailin Məbəd dağına qayıtması”na həsr olunmuş konfransda o, ölkə hakimiyyətinin nümayəndəsi kimi yəhudilərə bu yerdə dua etməyə icazə verdiyini bildirib. Bununla nazir faktiki olaraq Məbəd dağı ətrafındakı status-kvonu mübahisələndirib, çünki orada yalnız müsəlmanların namaz qılmaq hüququ var, yəhudilər isə dini ayinləri yerinə yetirmədən kompleksi ziyarət edə bilərlər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: BenyaminNetanyahu   İsrail   Qüds  





Xəbər lenti