Ermənistanda rus dilini fransız dili əvəz edir: Səfir memorandum imzaladı

    Ermənistanda rus dilini fransız dili əvəz edir:    Səfir memorandum imzaladı
  17 Sentyabr 2024    Oxunub:1128
Ermənistanda 19 məktəbdə fransız dilinin dərindən öyrənilməsi prosesinə başlanılır.
Bununla bağlı müvafiq memorandumu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın Ermənistandakı səfiri Olivye Dekotini imzalayıblar.

Səfirin sözlərinə görə, Paris fransız dilinin tədrisinin təkmilləşdirilməsi üçün 600 000 avro ayırıb: "Bu, tələbələrin dil öyrənmə ehtiyaclarına daha effektiv cavab verməyə şərait yaradacaq".

Erməni nazir isə vurğulayıb ki, bu təşəbbüs erməni məktəblərində fransız dilini inkişaf etdirmək və populyarlaşdırmaq məqsədi daşıyır.

Rusiya Ermənistanda 40 milyon dollarlıq proqramları reallaşdırır
“Tezliklə fəaliyyətə başlayacaq bu proqram təhsil sistemində aparılan islahatlara tam uyğundur. Yeni standartlara uyğun olaraq biz xarici dillərin tədrisinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişik. Proqram fransız dili kurslarının tətbiqini, müasir dərsliklərdən və tədris materiallarından istifadəni, o cümlədən müəllimlərin ixtisasartırma kurslarını nəzərdə tutur",- Andreasyan deyib.

Yerli media isə məsələyə fərqli yanaşıb. Bəzi saytlar yazır ki, bu memorandum ölkədə artıq rus dilinin əsas və vacib dil sayılmadığını göstərir. Bir dən-birə bu qədər məktəbdə fransız dilinin dərindən tədrisinə başlanılması yaxın vaxtlarda məktəblərdə əsas xarici dilin dəyişəcəyindən xəbər verir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Fransız-Dili   Səfir  





Xəbər lenti