Rusiyada nazir müavini yol qəzasında öldü

Rusiyada nazir müavini yol qəzasında öldü
  21 Sentyabr 2024    Oxunub:648
Rusiyanın Nijni Novqorod vilayətinin turizm və sənətkarlıq nazirinin müavini Qalina Qalkina avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə “Baza” teleqram kanalında məlumat verilib. Qeyd olunub ki, qəza sentyabrın 20-də Lunda-Şipova kəndi yaxınlığında baş verib. Həmin gün Qalina Qalkina ezamiyyətə getdiyi Mari El Respublikasından evə qayıdırmış.

Belə ki, onun olduğu maşın digər avtomobilə çırpılıb. Nəticədə nazir müavini ölüb, daha iki nəfər də həyati təhlükəsi olan xəsarətlər alıb. Qəza ilə bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti