Avropanın Kiyevə yardımı niyə gecikir?

   Avropanın Kiyevə yardımı    niyə gecikir?
  11 Oktyabr 2024    Oxunub:864
Avropada keçirilən seçkilərin nəticələri və Almaniyada səsvermənin yaxınlaşması Avropa İttifaqının (Aİ) Ukraynaya yardım ayırmasına mane olub.
AzVision.az xəbər verir ki, Amerikanın “Politico” nəşrinin jurnalistlərinin öz mənbələrinə istinadən yazdıqları məqalədə Aİ-nin Ukraynaya vəd etdiyi yardımı ayırmamasının səbəblərinə aydınlıq gətirilir.

Əsas əngəl Aİ-nin bürokratik sistemidir
Materialada bildirilir ki, Aİ bir aydan sonra ABŞ-da gözlənilən taleyüklü seçkilərlə bağlı Ukraynaya kömək etmək üçün bütün səyləri göstərməyə davam edəcək. Çünki indiyədək Aİ özü bu yöndə az iş görüb və daha çox edə bilməyib.

Əvvəla, Avropada keçirilən seçkilər Aİ institutlarını iflic edib. Aİ bürokratları 2025-ci ilin payızında Almaniya seçkilərinin nəticələrini gözlədikləri üçün blok indi daha bir il fəaliyyətsizliklə üzləşir. Diplomatlar və Aİ rəsmiləri Brüsselin aylardır çıxılmaz vəziyyətdə qalmasından narahat olduqlarını bildiriblər.

Aİ diplomatlarından biri Brüsseldə açıq-aydın çeviklik olmadığından şikayətlənib. Çünki Avropa qurumları ilin çox hissəsində bürokratik sıfırlama rejimində olublar.
Bu ilin birinci yarısında Brüsseldə Avropa Parlamentinə (AP) 720 üzvünün seçildiyi qitə miqyaslı seçkilər keçirilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ikinci müddətə namizədliyini irəli sürdüyü və parlamentin təsdiqini gözlədiyi müddətdə Brüssel institutları dayandı. İndi isə, AK-nın rəhbəri postuna yenidən seçilən xanım Lyayen, hər üzv ölkədən bir nəfə olmaqla, onu 26 komissardan ibarət komandasının AP tərəfindən təsdiqlənməsini gözləyir. Onun komandası (AK) yalnız dekabrın 1-dən işə başlamağa hazırlaşır ki, bundan bir qədər sonar dekabr tətilləri qurumu yaxalayır.

“Bizim edə biləcəyimiz ən az şey ABŞ seçkilərinə qədər yeni AK yaratmaqdır”, - açıq daxşımaq üçün digərləri kimi adının çəkilməsini istəməyən Aİ diplomatlarından birindən məqalədə sitat gətirilir.


Demokratların namizədi Kamala Harris ABŞ prezidenti Co Baydenin Ukraynaya hərbi, siyasi və iqtisadi dəstək təşəbbüsünü davam etdirməyə söz verdiyi halda, noyabrda hakimiyyətə gələcəyi təqdirdə Trampın eyni sözləri deyəcəyi ehtimalı azdır. Son vaxtlar keçirdiyi sekiqabağı tədbirlərində Tramp Kiyevi münaqişəyə son qoymaq üçün nəinki Rusiya ilə razılığa gəlməyə çağırıb, hətta prezident seçilsə ABŞ-nin Ukraynaya yardımını dayandıracağı ilə hədələyib.

“Aİ-nin Ukrayna üçün təxminən 35 milyard avro kredit hazırlaması fonunda, Kiyev işçi qüvvəsi və sursat tapmaqda çətinlik çəkməkdə davam edir. Dağıdılmış elektrik şəbəkəsini isə qış başlamazdan əvvəl bərpa etmək lazımdır. Hətta yeni komissiya yaradılanda da gözləmə oyunu davam edəcək. Dərhal işə başlamaq və bu yöndə siyasətin işlənib-hazırlanmasına qayıtmaq əvəzinə, blokun ən böyük güclərindən biri buna mane olacaq”, - məqalə müəllifləri iddia edirlər.

İkinci səbəb:Almaniyanın astagəlliyi
Aİ 2028-ci ildən başlayaraq kənd təsərrüfatından tutmuş Ukraynaya dəstək kimi hər şeyə təsir göstərəcək növbəti yeddiillik büdcə üçün öz təkliflərini hazırlamalıdır. Lakin bu, çox güman ki, 2025-ci ilin payızında Almaniyada keçiriləcək seçkilərə qədər təxirə salınacaq.

Qənaətcil Almaniya üçün, Aİ büdcəsinin genişləndirilməsi və ya birgə borcların verilməsi, Konstitusiya Məhkəməsinin “Covid” fondundan qalan pul vəsaitlərinin başqa məqsədlər üçün istifadəsinin qanunsuz olduğuna dair qərarından sonra misilsiz dərəcədə həssas məsələlərdir.

Beləliklə, Aİ-nin iqtisadi lideri olan Almaniya 2025-ci ilin sentyabrında keçiriləcək seçkilər ərəfəsində, xüsusən də söhbət Avropa büdcəsinin artırılması ilə bağlı istənilən qərarlardan gedəndə, siyasi cəhətdən iflic vəziyyətindədir.


Aİ-nin yüksək vəzifəli diplomatları xəbərdarlıq ediblər ki, seçki kampaniyası zamanı alman namizədlər AK-nin təklifini rədd etmək məcburiyyətində qalacaqlar və bu, çox güman ki, Avropa büdcəsinin artırılmasını nəzərdə tutur. Keçirilən sorğuların nəticələri özünü doğrultsa, maliyyə məsələsində daha çox mühafizəkar olan Xristian Demokrat İttifaqı (XDİ) hakimiyyətə qayıda bilər. Yeri gəlmişkən, AK-nin rəhbəri Ursula fon der Lyayen XDİ-nin üzvüdür.

Öz büdcəsini qəbul etmək üçün Aİ-nin yekdilliyə ehtiyac var və blokun ən zəngin ölkəsinin iştirakı olmadan bu barədə razılığa gəlmək qeyri-mümkündür.

- Hər kəs gözləmə rejimindədir və siz hərəkətə keçəcəyimizə qərar verən kimi diqqət Berlinə yönələcək”, - Almaniyada keçiriləcək seçkiləri nəzərdə tutan Aİ rəsmilərindən biri deyib.

Bəzi ekspertlərin fikrincə, Almaniyada daxili seçkilər zamanı Aİ siyasəti getdikcə daha çox siyasiləşir, buna görə də siyasətçilər böyük səsvermə öncəsi hər hansı qərar qəbul etməkdən yayınmağa çalışırlar.

“Bunun ən çox ehtimal edilən qurbanı büdcə danışıqları və Aİ-nin birgə borclanması ilə bağlı hər hansı müzakirələr olacaq”, - Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun politoloqu Nikolay fon Ondarza bildirib.

Aİ-nin daha bir diplomatı isə alman səsverməsinə qədər yeni vergilər və ya yeni maliyyələşdirmənin tətbiqi ilə bağlı heç bir qərar verə bilməyəcəklərini vurğulayıb.
Ukraynaya yardımla bağlı qərarın gecikməsi həm də AK-yə yeni Almaniya hökumətinin Avropanın müdafiəsini maliyyələşdirmək üçün Almaniyanın uzun müddətdir etiraz etdiyi ümumi borcların verilməsi kimi siyasi cəhətdən həssas məsələləri həll edəcək xərc təkliflərinin istiqamətini anlamağa imkan verəcək.

Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi bu yaxınlarda Ursula fon der Lyayenə göndərdiyi hesabatda Vaşinqton və Pekinlə ayaqlaşmaq naminə sürətli islahatları maliyyələşdirmək üçün ümumi borcun dərhal verilməsini təklif edib, lakin Almaniyanın maliyyə naziri Kristian Lindnerdən mənfi cavab alıb.

Aİ-ni ekzistensial böhran hərəkətə gətirə bilər
Hətta Polşanın avropayönmülü baş naziri Donald Tusk yanvarda altı ay müddətinə Rusiyanı dəstəklənən Macarıstanın baş naziri Viktor Orbanı əvəzlədikdən sonra belə, Berlinin seçkiqabağı kampaniya rejimində qalacağı halda, diplomatlar vəziyyəti dəyişməyin mümkün olmayacağını iddia edirlər.

“Almaniyada keçiriləcək səsvermədən əvvəl müdafiə xərclərinə necə qərar verə biləcəyimiz təsəvvür etmək çətindir”, - Aİ-nin yüksək vəzifəli diplomatlarından biri çaşqınlığını gizlətməyib.

Şərqi Avropanı təmsil edən diplomatlar Avropanın hərəkət etmək əvəzinə reaksiya verməsindən qorxurlar. Onalrdan biri bu dəfə cavabın çox gec ola biləcəyini qeyd edib. Amma çox güman ki, bu çağırış diqqətdən nəzərə alınmayacaq.

“Eurasia Group” konsaltinq şirkətinin eksperti Müctəba Rəhmanın gikrincə, Avropanı sərsəm vəziyyətindən çıxara biləcək yeganə addım Trampın NATO-dan çıxmasıdır.

“Hətta Trampın Ukrayna üzrə “sülh planı”nın da avropalıları Avropanın təhlükəsizliyi və müdafiəsi üçün ümumi maliyyə axtarmağa təşviq etmək yetərli olacağını düşünmürəm. Bu, ekzistensial (mövcudluq, yaşam) böhran olmalıdır”, - Müctəba Rəhman xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Avropa   Ukrayna   yardım  





Xəbər lenti