Beynəlxalq ekspertlər İrəvan və Bakıda yaşayış səviyyəsini müqayisə ediblər

Beynəlxalq ekspertlər İrəvan və Bakıda yaşayış səviyyəsini müqayisə ediblər
  15 Oktyabr 2024    Oxunub:2070
Ermənistanın paytaxtı İrəvan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, bu, dünyaca məşhur "Numbeo" statistika resursunun ekspertlərinin araşdırmasında yer alıb.

Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı İrəvandan 50,1 % aşağıdır. Eyni zamanda, Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər İrəvandan 26,0 % aşağıdır.

"Numbeo"nin ekspertləri, həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin İrəvandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər. Araşdırmanın nəticələrinə əsasən, Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti İrəvan sakinlərindən 36,7 % yüksəkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti