Bakıya sulu qar yağacaq

 Bakıya sulu qar yağacaq
  06 Fevral 2025    Oxunub:348
Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

AzVision.az


Teqlər: hava   sulu-qar   xəbərdarlıq  





Xəbər lenti