FSB üç regionda əməliyyat keçirdi: Kiyevə işləyən agentlər saxlanılıb

FSB üç regionda əməliyyat keçirdi:    Kiyevə işləyən agentlər saxlanılıb
  07 Fevral 2025    Oxunub:307
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları genişmiqyaslı əməliyyat keçiriblər.
Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna xüsusi xidmət orqanlarının Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktları həyata keçirmək və yanacaq-energetika kompleksinə aid obyektlərdə təxribat törətmək üçün ələ aldığı dörd qadın agent saxlanılıb.

CIA Çin, Şimali Koreya və İranda "agent ovu"na çıxıb - "The Independent"
FSB-nin məlumatına görə, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA idarə etmək və müşahidələr aparmaqla bağlı təlimlər keçiblər.

"Saxlanılan şəxslər bununla bağlı etiraflar səsləndiriblər", - FSB əlavə edib.

Xüsusi xidmət orqanlarının əməkdaşları qadınların yaşadığı mənzillərdə apardıqları axtarışlar zamanı xeyli sayda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların idarə olunması üçün təlimatlar, eləcə də agentlərin Ukrayna kuratorları ilə əlaqə vasitələri aşkarlanıb.

Gənc yaşda olan qadınlar bir-biri ilə birbaşa əlaqədə olmayıblar. Yalnız Rostov-na-Donda saxlanılan iki qadın sinif yoldaşı olublar. Əməliyyat-istintaq tədbirlərinin materialları əsasında FSB-nin istintaq bölmələri tərəfindən terrorçuluq cinayətləri maddəsi ilə cinayət işi başlanıb. Onları 30 ilə qədər həbs cəzası gözləyir: "Agentlərin qanunsuz fəaliyyətinə köməklik göstərən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   FSB   Agent  





Xəbər lenti