Ukrayna XİN rəhbəri: "Heç kim bizi təslim olmağa məcbur edə bilməz"

      Ukrayna XİN rəhbəri:    "Heç kim bizi təslim olmağa məcbur edə bilməz"
  19 Fevral 2025    Oxunub:730
"Heç kim bizi təslim olmağa məcbur edə bilməz, mövcud olmaq haqqımızı müdafiə edəcəyik".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.

"Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik", - XİN rəhbəri yazıb.

Qeyd edək ki, prezident Donald Tramp Ukrayna prezidentini ABŞ yardımını israf etməkdə və diktatura yaratmaqda ittiham edib.

AzVision.az



Teqlər:





Xəbər lenti