Lavrov: "Nüvə gücləri bir-birinə qışqırmamalıdır!"

      Lavrov:    "Nüvə gücləri bir-birinə qışqırmamalıdır!"
  12 Mart 2025    Oxunub:585
Nüvə gücləri danışıqlar masası arxasında söhbət aparmalı, bir-birinə qışqırmamalıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Larri Conson, Mario Naufalu və Endryu Napolitanoya müsahibəsində deyib.

ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri beynəlxalq aləmdə baş verən gərgin proseslərdən söz açıb. O qeyd edib ki, dünyada elə dövlətlər var ki, onların hərəkətləri digər ölkələrin taleyinə ciddi təsir göstərə bilər. Söhbət nüvə dövlətlərindən, o cümlədən xüsusi məsuliyyət daşıyan ABŞ və Rusiyadan gedir.

“Onlar bir-birlərinə qışqırmamalı, əksinə danışıqlar masasına əyləşib ünsiyyət qurmalıdırlar. Bu, Hollivud filmlərində kovboyların bir-biri ilə necə hesablaşmasına bənzəyir. Siz də gözəl bilirsiniz ki, mənə nə demək istədiyinizi yaxşı bilirəm...”, – diplomat vurğulayıb.

Nazir Rusiyanın Asiya və Afrika dövlətlərindən üz döndərməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Lavrov bu cür informasiyaları “illüziya” adlandırıb.

Martın 6-da ABŞ dövlət katibi Marko Rubio diqqət çəkən açıqlamalar vermişdi. O, bəyan edib ki, hazırda Ukraynada nüvə gücləri arasında proksi müharibə gedir. Siyasətçi məhz bu baxımdan silahlı münaqişənin tezliklə dayandırılmasının tərəfdarı olduğunu açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   Lavrov  





Xəbər lenti